Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2011
Məqaləni yüklə fullIssue_icon

Elektrik cərəyanı sahəsinin bə səthi-fəal maddə məhlulunun neftin su ilə sıxışdırma əmsalina təsirinin tədqiqi

M.T.Abasov, R.Ə.Musayev, Ə.İ.Əsədov, R.H.Allahverdiyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə elektrik cərəyanı sahələrinin və müxtəlif tip səthi-fəal maddə məhlullarının səthi-gərilməyə, adsorbsiyaya, desorbsiyaya və neftin çox gilli məsaməli mühitdən sıxışdirma əmsalına təsiri tədqiq edilmişdir. Səthi-fəal maddə kimi ionlaşmayan alfenol, kationlari fəal dmabax və anionlari fəal olan sulfoturşudan istifadə olunmuşdur. Süxur nümunəsi kimi qırmaki lay dəstəsi və təmiz kvars qumu götürülmüşdür. Tədqiq edilmiş səthi-fəal maddə məhlullarından 50 və 100 V sabit elektrik cərəyanının keçməsi praktiki olaraq onların karbohidrogenli maye sərhədində səthi-gərilmə qiymətlərinə təsir etmir. Tərkibində gilli və karbonatlı birləşmələr olan adsorbentdən istifadə edildikdə xaricdən elektrik cərəyanı sahəsi şəraitində ionlaşmayan səthi-fəal maddələrin adsorbsiya amili dəyişmir, lakin onların desorbsiya olma qabiliyyəti azalır.

Müəyyən edilmişdir ki, sabit elektrik cərəyanı sahəsinin və ionlaşmayan səthi-fəal maddə məhlulunun birlikdə istifadə olması, üzvi və qeyri-üzvi duzlarla minerallaşmiş suya nisbətən, praktiki olaraq neftin su ilə sıxışdırma əmsalı qiymətinə təsir etmir. Buna əsas səbəb sıxışdırmanın ilk dövründə məhluldan səthi-fəal maddə molekullarının çox gilli və karbonatlı süxur səthinə yüksək adsorbsiya olmasıdır. Çox gilli lay modelinə xaricdən 100 V cabit elektrik cərəyanı sahəsi ilə təsir etdikdə qırmaki neftinin qələvili lay suyu ilə sıxışdırma əmsalının qiyməti 23%-ə qədər artır.