№ 3,
2011
Məqaləni yüklə
Kiçik Qafqazın Lök-Qarabağ zonasının tektono-maqmatik bünövrəsində paleozoy çöküntülərinin qızıllığı haqqında
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Şərqi Qafqazda, o cümlədən Azərbaycanın ərazisində alp mərhələsinin inkişafına uyğun mezokaynozoy yaşlı çökmə və maqmatik süxurlar geniş yayılmışdır. Bu süxurlar kifayət qədər ətraflı öyrənilmişdir və çoxlu sayda monoqrafik mənbələr mövcuddur. Kiçik Qafqazın paleozoy yaşlı bünövrəsinin süxurları onları örtən mezokaynozoy yaşlı komplekslərə nisbətən məhdud öyrənilmişdir. Bu, yuraya qədərki bünövrə süxurlarının yer səthində xırda çıxışlardan ibarət olması ilə əlaqədardır. Buna baxmayaraq bu tektono-maqmatik zonanın geologiyası, dərinlik quruluşu, eləcə də Cu, Zn, Pb, Fe, Au və digər müxtəlif genetik tipli yataqların olması haqqında maksimum məlumat əldə etmək üçün hər tərəfli tədqiqat işlərinin aparılması vacibdir.