Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2011
Məqaləni yüklə fullIssue_icon

Şərqi Qafqazda filizəmələgəlmənin geodinamik analizi (Azərbaycan)

A.C.İsmayılzadə

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Qafqazın filiz-maqmatik sistemi – Paleotetis (PT) okean hövzəsinin və Mezotetis (MT) okean körfəzinin inkişafı fonunda, şimal strukturlarından cənubdakılara doğru təzahürlərin qanunauyğun cavanlaşmasına malik, mürəkkəb tektono-maqmatik və flüid-hidrotermal proseslər məcmusunun törəməsidir. Mezozoy və kaynozoy maqmatik və filiz komplekslərinin genezisi, PT və MT okean hövzələrinin qapanması prosesində qırışıqlıq bünövrəyə obduksiya olunmuş və vulkanogen çöküntülərlə örtülmüş, regionun yer qabığının struktur zonalarının quruluşunda alloxton hiperbazit lövhələrinin (erkən paleozoy və mezozoy) varlığı konsepsiyası ilə uzlaşır. Filiz maddəsinin konsentrasiyası, onun siallaşdırıcı flüidlərlə həm alloxton hiperbazit lövhələrindən, həm də bünövrənin qabığından ekstrasiyası ilə əlaqədardır. Qafqazın başlıca metallogenik ixtisaslaşma amilləri yaranmış tektonik gərginliklər və filizsaxlayan komponentlərin siallaşmasıdır.