Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2011
Məqaləni yüklə fullIssue_icon

Azərbaycan Respublikası çay sularının orta illik minerallaşması və kimyəvi tərkibi

M.A.Abduyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Çay sularının minerallaşma dərəcəsi 1950-2008-ci illərin məlumatlarına əsasən hesablanaraq, məlum olmuşdur ki, çoxillik dövr ərzində təsərrüfat fəaliyyəti ilə əlaqədar onun kəmiyyəti, xüsusilə aşağı axında, 2 dəfədən çox artaraq 500 mq/l-ri keçmişdir. İlk dəfə olaraq çay hövzələrinin sahələri nəzərə alınmaqla su sərfi ilə minerallaşma dərəcəsi arasında əlaqələr qurulmuşdur. Əlaqələrdən alınmış riyazi ifadələrlə minerallaşma hesablanaraq, faktiki qiymətlərlə müqayisə edilmişdir. Yalnız 21 halda xəta ±20%-i üstələdiyi üçün həmin ifadələr öyrənilməmiş çayların minerallaşma dərəcəsinin qiymətləndirilməsi üçün təklif olunmuşdur. Minerallaşma dərəcəsinin artması ilə əlaqədar çay sularının kimyəvi tərkibində dəyişikliklər baş vermişdir.