№ 2,
2011
Məqaləni yüklə
Qazkondensat yatağının istismar mərhələsindən asılı olaraq quyudibi zonaya təsir göstəricilərinin eksperimental öyrənilməsi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Tədqiqat işində yatağın müxtəlif işlənilmə mərhələlərində qazkondensat quyusunun quyudibi zonasına «quru» karbohidrogen qazla təsir prosesinin göstəriciləri eksperiment yolu ilə öyrənilmişdir. Eksperimentlər pVT bombasında yatağın tükənmə rejimində kondensatın mikrorüşeymlərinin yaranmasının başlanma təzyiq intervalından prosesin sonuna qədər aparılmışdır. Göstərilmişdir ki, qazkondensat quyuların quyudibi zonasının quru qazla işlənilməsini, tükənmə rejimində olan yatağın istismarının ilkin mərhələsində başlamaq məqsədəuyğundur və bu, yatağın kondensatvermə əmsalını daha da artıra bilər.