№ 2,
2011
Məqaləni yüklə
Orta Kür çökəkliyinin dərində yatan eosen və təbaşir çöküntülərində hidrogeokimyəvi zonallıq və onun təbiəti
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23
3 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A
Xülasə
A-
A+
Məqalədə məkan və kəsilişdə Orta Kür çökəkliyinin dərində yatan eosen və təbaşir çöküntüləri sularının hidrokimyəvi tərkibinin dəyişmə təbiəti və qanunauyğunluqları araşdırılır. Həm eosen və həm də təbaşirin çökmə komplekslərində suların minerallaşmasının dərinlik üzrə dəyişməsinin inversiya xarakterli olduğu müəyyən edilmişdir. Tədqiq olunan bütün sahələrdə (vulkanogen süxurlardan təşkil olunmuş sahələr istisna edilməklə) təqribən 4-4,3 km dərinlikdən başlayaraq suların minerallaşma səviyyəsinin düşməsi müşahidə olunur ki, bu da gillərin dehidratasiya prosesləri və ya yuxarıdan kondensatogen suların daxil olması ilə əlaqələndirilir. Təbaşir yaşlı vulkanogen süxurlar yüksək minerallaşmış və yüksək temperaturlu xlorkalsium tipli sularla xarakterizə olunur ki, onların da dərinlik qırılmaları vasitəsilə aşağıdan daxil olmaları ehtimal edilir.