№ 1,
2011
Məqaləni yüklə
Böyük Qafqazın cənub yamacında daşqın və sel hadisələrinin proqnozlaşdırılmasına dair
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10, E-mail: safarov53@mail.ru
Xülasə
A-
A+
Məqalədə daşqın və sel təhlükəli çayların sutoplayıcılarına düşən yağıntıların radiolokator vasitəsilə qiymətləndirilməsinin əsas prinsipləri nəzərdən keçirilir. Bunun əsasında və sutoplayıcıların xarakteristikaları, həmçinin dolu-şimşək proseslərinin inkişaf dinamikası xüsusiyyətləri nəzərə alınmaqla daşqın və sel hadisələrinin ən qısamüddətli proqnoz metodları təklif edilir. Çoxillik radiolokasiya müşahidə materiallarının analizinə əsasən, gözlənilən daşqınların maksimal su sərflərini və sellərin başvermə ehtimalını proqnozlaşdırmaq məqsədilə yeni yarımempиrik formullar təklif olunur.