№ 1,
2011
Məqaləni yüklə
Neftin elastik dalğalar sahəsində məsaməli mühitdən qravitasiya qüvvələri vasitəsilə çixarılması
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə elastiki dalğalar sahəsində neftin məsaməli mühitdən qravitasiya qüvvələri vastəsilə çıxarılmasının eksperimental tədqiqatlarının nəticələri verilmişdir.
Təcrübələr üçün şaquli vəziyyətdə quraşdırılmış, kvars qumu ilə doldurulmuş, uzunluğu 0,6 m, məsaməli mühitinin havaya ğörə keçiriciliyi 6,9 mkm2 olan və Balaxanı – Sabunçu – Ramana yatağından ğötrülmüş neftlə doydurulmuş lay modelindən istifadə olunmuşdur. Lay modelinin şaquli vəziyyətdə quraşdırılması qravitasiya qüvvələrinin maksimum dərəcədə yaranmasına imkan vermişdir. Lay modelində məsaməli mühitin yalnız neftlə doydurulması isə aparılmış təcrübələrdə kapillyar qüvvələrin yaranmamasını təmin etməyə imkan vermişdir. Aparılan eksperimental tədqiqatlar ğöstərmişdir ki, şaquli vəziyyətdə quraşdırılmış lay modelinə vibrasiya ilə təsir etdikdə neftvermə həm təbii qravitasiya qüvvələrinin ayrılıqda, həm də vibrasiya ilə birlikda yaranması hesabına təmin olunur. Belə fakt neft çıxarılmasında vibrasiya və qravitasiya qüvvələrinin birlikdə təsir etməsini sübut edir. Aparılmış təcrübələr göstərir ki, vibrasiya tezliyinin onun təsir müddətinin dövrülüyünün artması neft çıxarılmasının daha da səmərəli olmasına təsir edir.