Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2011
Məqaləni yüklə fullIssue_icon

Qafqaz-Anadolu-İran regionunun qövs formalı qırışıq strukturları

F.S.Əhmədbəyli

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Alp-Himalay qırışıq-orogen qurşağının Qafqaz-Anadolуİran seqmentində inkişaf etmiş qövsvari qırışıq meqastrukturaların əmələ gəlməsi, inkişafı və formalaşması nəzərdən keçirilir. Bu formalı strukturlara Murovdağ antiklinorisinin şərq qurşağı (Kiçik Qafqaz), Şərqi Pont və Tavrın (Anadolu) çox hissəsi və Elburs orogen strukturu (Şimali İran) aiddir. Adları çəkilən qırışıq strukturların periklinal hissələri qövs formasında əyilmiş, mərkəz seqmentləri isə düz xətt üzrə istiqamətlənmişdir.

Periklinal hissələrdə qırışıq strukturların belə əyilmələri çökmə süxur qatlarının xüsusiyyətlərindən, onların virqasiyasından və litosferdə baş verən geodinamik proseslərin daha diferensial olmasından asılıdır.