Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2011
Məqaləni yüklə fullIssue_icon

Naxçıvan MR-in qızılsaxlayan misli konqlomerat çöküntülərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri

Ə.Z.Əhmədоv

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral xammal Elmi-Tədqiqat İnstitutu, AZ1117, Bakı, Natavan k., 16

Xülasə

A-
A+
Məqələdə Naxçıvan MR-də geniş yayılmış filizləşmiş oliqosen yaşlı konqlomerat çöküntülərinə aid olan iki filiz təzаhüründən (Göydərə, Xalxal) götürülmüş 5 nisbətən iri (çəkilərinə görə) texnoloji sınağın və çınqıldaşın dəqiq maddi tərkibləri və texnoloji xüsusiyyətləri araşdırılır. Kimyəvi-fiziki və mineraloji-petroqrafik tədqiqatlara əsasən, bu mineral xammal bütövlüklə (çınqıldaşı daxil olmaqla) qızıldaşıyan intensiv oksidləşmiş mis filizlərini səcıyyələndirir. Bu filizlərdə bir çox (8 növ) hipergen mis mineralları və az miqdarda (4 – 5 nisb.%) sərbəst saf mis təyin edilib. Bunların 50%-dən çoxu aparılmış xüsusi hidrokimyəvi rasional (faza) analizə əsasən, flotasiya zənginləşdirmə üsulu ilə çətin ayrılan formasındadır və bu amil tədqiq edilən xammalı çətin saflaşan sərtli kimi xarakterizə edir. Eyni zamanda, hidrokimyəvi analizə əsasən , təyin edilib ki, mis minerallarının əsas hissəsi (95%-dən çoxu) hidrometallurgiya üsulu ilə asan aşındırılan (sulfat turşusunun zəif məhlulunda) formasındadırlar. Qızıl isə, az miqdarda (0,2 – 0.4q/t) olmasına baxmayaraq, əsas hissəsi sərbəst, nisbətən kiçik (0,02-0.5 mm) saf metal və qravitasiya zənginləşdirmə üsulu ilə asan ayrılan formasındadır. Filizlərin maddi tərkibini və təyin edilmiş texnoloji xüsusiyyətlərini nəzərə alaraq, onların işlənməsi və qiymətli komponentlərin ayrılması üçun eksperimentlərlə təsdiq edilmiş müxtəlif, əsasən, hidrometallurji proseslərə əsaslanan və yüksək effektivliyə malik olan prinsipial texnoloji sxemlər təklif edilir. Bu sxemlərdən iqtisadi və texnoloji tərəfdən ən əlverişliсиnin öyrənilən mineral xammalın qızıllığını daha dəqiq geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra seçilməsi tövsiyə edilir.