Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2011
Məqaləni yüklə fullIssue_icon

Azərbaycan ərazisi seysmikliyinin fraktal xüsusiyyətləri

F.Ə.Qədirov, N.R.Qaragözova, A.H.Qədirov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Seysmik prosesin və onun baş verdiyi mühitin fraktal xüsusiyyətləri müxtəlif fraktal ölçülərdə və Qutenberq-Rixter təkrarlıq qanununun b parametrində təzahür edir. Bu tədqiqatda Azərbaycan ərazisini əhatə edən seysmik prosesin özünəbənzərliyinin kəmiyyət xüsusiyyətləri hesablanıb. Zəlzələlərin enerjiyə görə paylanmasının fraktal ölçüsü, zəlzələ episentrlərinin paylanmasının fraktal ölçüsü (De) və Azərbaycana aid olan qırılma şəbəkəsinin fraktal ölçüsü (Df) təyin edilmişdir. Qutenberq-Rixter təkrarlıq qanununun b parametr ilə zəlzələ episentrlərinin paylanması və qırılma şəbəkəsinin fraktal ölçüləri arasında mümkün olan əlaqələrə də diqqət verilir. Alınan fraktal əmsallar fraktal ölçülər ilə b parametri arasında nəzəri əlaqə ilə korrelyasiya edir.