№ 4,
2010
Məqaləni yüklə
Neftin və qazın ontogenezi ilə əlaqədar Cənubi Xəzər hövzəsinin çökmə sühur–flüid sistemində fiziki-kimyəvi qarşılıqlı tisirlər
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə xarici tədqiqatçıların nailiyyətlərinin analizi fonunda tədqiq olunan problem üzrə neft və qazın ontogenezinin bütün mərhələlərində Cənubi Xəzər hövzəsi (CXH) çökmə mühitinin xüsusiyyətləri və fiziki-kimyəvi qarşılıqlı təsirləri nəzərdən kecirilmişdir. Göstərilmişdir ki, CXH-nin rəkamülü və onu müşayiət edən qeyri-bərabər sıxlaşma, anomal yüksək təzyiqin əmələ gəlməsi, diapirizm və palçıq vulkanizmi, aktiv flüid dinamikası, eləcə də sənaye əhəmiyyətli maye və qazaoxşar karbohidrogen yığımlarının formalaşması kimi təbii proseslər flüidlərin və onları yerləşdirən süxurların fiziki-kimyəvi parametrlərində öz əksini tapmışdır.