№ 4,
2010
Məqaləni yüklə
Cənubi Xəzər meqahövzəsinin müasir arxitekturası Alp-Himalay mütəhərrik qurşağının mərkəzi hissəsində litosfer plitələrinin çoxmərhələli təkamülünün nəticəsidir
Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı, Azadlıq prospekti, 20, E-mail: parviz08@list.ru
Xülasə
A-
A+
Cənubi Xəzər meqahövzəsinin (CXMH) müasir strukturu Alp-Himalay mütəhərrik qurşağının (AHMQ) mərkəzi seqmentində litosferin çoxmərhələli təkamülü nəticəsində yaranmışdır. Iki əsas amil – geodinamika (yəni təsir qüvvələrinin sistemi) və yer qabığının tipi həmin seqmentdə əvvəllər mövcud olmuş müxtəlif mənşəli hövzələrin xüsusiyyətlərini, o cümlədən dərinlik proseslərinin xarakterini, tektonikasını, enmə və sedimentasiya sürətlərini müəyyənləşdirmişdir.
Yeni geofiziki məlumatlar və ÜDN-in Ultra-dərin seysmometriya üsulu ilə alınmış materialların seysmostratiqrafik təhlili əsasında bərkimiş kristallik qabığın və çöküntü qatının struktur-morfoloji xüsusiyyətləri araşdırılmışdır. Cənubi Xəzər çökəkliyində (CXÇ) kristallik qabığın okean tipli olması və onun Skif-Turan platforması altına subduksiya etməsi əsaslandırılmışdır.
Məqalədə AHMQ-nin mərkəzi seqmentində litosferin təkamüllü dəyişməsi mobilizm konsepsiyası baxımından araşdırılır. Seysmik məlumatların seysmostratiqrafik interpretasiyası əsasında regionda mövcud olmuş müxtəlif tektonotipli paleohövzələr üçün xarakterik olan morfoloji və tektonik strukturlar aşkarlanmışdır. Çöküntü qatında tektonik-sedimentaloji komplekslər ayrılmış və onların arasında CXMH-nin mərhələləri cinahında formalaşmış uyğunsuzluq səthləri izlənmişdir. Geotektonik sikl çərçivəsində hövzənin təkamül inkişafının əsas mərhələləri aydınlaşdırılmışdır.
CXMH-də geotektonik sikl divergent və konvergent hissələrdən (subsikllərdən) ibarət olmuşdur. Onun müxtəlif hissələri kvarterdən başlayaraq müxtəlif inkişaf səviyyəsindədir. B.Qafqaz və Kopetdağ VI orogen (kolluzion) mərhələsindədir. Kür və Qərbi Türkmənistan çökəklikləri litosferin ekstremal sıxılması fonunda qalxmaya məruz qalmış, dəniz çəkilmiş və kontinental rejimə daxil olmuşlar (V mərhələ). Bu çökəkliklərdən çöküntü materialı sıxılaraq Cənubi Xəzər hövzəsinə doğru yönəlmişдиr. Burada Yer qabığı kəskin ağırlaşmış və aşağı çökmüşdür. CXÇ-də IV mərhələdə kəsilmiş geotektonik sikl indi дя davam edir. Burada Yer qabığının sıxılma prosesləri, kristallik bərkimiş qabığın subduksiyası və terrigen çöküntülərin hövzə cinahlarında proqradasiyası ilə müşahidə olunan sedimentasiyası davam edir.