Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2010
Məqaləni yüklə fullIssue_icon

Geoloji mühitin seysmodalğalı sahəsinin tədqiqinə yeni yanaşma və onun Cənubi Xəzər hövzəsində aprobasiyasının nəticələri

Y.А.Şıxəliyev, Ə.Ə.Feyzullayev

1 – SOCAR-ın Geofizika və Geologiya İdarəsi, AZ1033, Bakı, Heydər Əliyev prospekti, 83A

2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə seysmik məlumatlar əsasında rezervuar süxurların petrofiziki parametrlərinin (məsaməlik, keçiricilik, qumluluq/gillilik) aşkar edilməsi, çöküntülərin nef-qazlılığı və anomal yüksək məsamə təzyiqinin proqnozlaşdırılması metodikaları, eləcə də Cənubi Xəzər çökəkliyində (CXÇ) yaxşı öyrənilmiş neftli-qazlı strukturların timsalında onların aprobasiya nəticələri ətraflı nəzərdən keçirilmişdir. Bu metodikaların CXÇ-нiн dərin hissələrində yüksək effektivliyi və perspektivli strukturların öyrənilməsində tətbiq edilmə imkanları göstərilmişdir. Yalama-Samur, Abşeron, Ümid və Zəfər-Məşəl kimi perspektivli strukturların öyrənilməsində bu metodikalardan istifadə edilmiş və alınmış ilk nəticələr də məqalədə öz əksinə tapmışdır.