Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2010
Məqaləni yüklə fullIssue_icon

Xəzər dənizinin səviyyə tərəddüdləri: problemlər və onların həlli

A.O.Odekov, X.Durdıyev

“Türkməngeologiya” Dövlət Konsernin elmi-tədqiqat geoloji-kəşfiyyat institutu, 744036, Türkmənistan, Aşqabat, Arcabil pros., 56

Xülasə

A-
A+
Məqalədə Xəzər dənizinin səviyyə dəyişmələri yaxın geoloji zaman (miosendən sonrakı) dövr üçün nəzərdən keçirilmiş və sonuncu səviyyə qalxmasının xəzərsahili ərazilərdəki sənaye, təsərrüfat, rekreasion və b. obyektlərə vurduğu ziyan və yaratdığı təhlükətörədici vəziyyətlər göstərilmişdir. Gec yenixəzər transqressiyası səviyyəsinin mənfi 22 m (XIX əsrin əvvəlləri) olmasını nəzərə alaraq, hazırkı transqressiyanın da eyni səviyyədə olacağı vurğulanır. Bu baxımdan müxtəlif geoloji quruluşlu sahil zonasında salınacaq obyektlərin təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə onların yerləşdirilməsinə dair tövsiyələr verilir. Bundan əlavə, Xəzər dənizi problemlərinin həlli istiqamətində xəzəryanı dövlətlərin birqə fəaliyyətini birləşdirəcək xüsusi qurumun – “Xəzər problemləri üzrə elmi-istehsalat mərkəzi”nin yaradılması təklifi verilir. Məqalədə həm də “Mərkəzin” həlli vacib olan milli və transsərhəd məsələlərinin şərhi öz əksini tapmışdır.