№ 4,
2010
Məqaləni yüklə
Volqa çayı deltasının morfodinamikası
Moskva Dövlət Universiteti, 119991, Moskva, Leninskiye Qorı, E-mail: river@river.geogr.msu.su
Xülasə
A-
A+
Xəzər dənizinin tarixi səviyyə dəyişmələrilə sıx əlaqədə fıormalaşmış Volqa çayının deltası təbii bir fenomendir. Manqışlaq reqressiyası zamanı (-110 m) Şimali Xəzərin çox hissəsi quruya çevrilir, deltanın iki iri qoldan ibarət dərəsi əmələ gəlir və Ber təpələrinin əsası qoyulur. Yeni Xəzər transqressiyası zamanı (turvil mərhələsi) deltanı və Volqa-Aktübinsk dərəsini dəniz örtür. Deltanın hal-hazırda da davam edən formalaşma prosesi yeni Xəzər transqressiyasının uluçay mərhələsi (3 min il öncə) başlamışdır. Deltanın və ona bitişik Şimali Xəzər akvatoriyasının geostruktur mövqeyi dənizin səviyyə dəyişmələrinə reaksiyanın müxtəlif sürətli olmasını şərtləndirmişdir: 1. Səviyyənin enməsi deltanın tez böyüməsinə səbəb olur; 2. Dəniz səviyyəsinin qalxması isə dağılma prosesini və deltanın xarici sərhədinin (konturunun) düzlənməyə doğru meylinin əhəmiyyətli dərəcədə ləngiməsilə ilə təzahür edir.