№ 4,
2010
Məqaləni yüklə
Geokimyəvi səciyyələrə əsasən Xəzər dənizinin səviyyə dəyişiklikləri zamanı ber təpələri relyefinin transformasiyası xüsusiyyətlərinin indikasiyası
REA Coğrafiya İnstitutu, 119017, Moskva, Staromonetnıy döngə, 29
Xülasə
A-
A+
Məqalədə Xəzəryanı ərazinin Ber təpələri (qalıq qayalar) relyefinin transformasiya xüsusiyyətləri müəyyən edilmişdir. Relyefin transformasion xüsusiyyətləri, təpələr tirəsinin dağılmasının (destruktiv proses) qarşısını alan amil qalıq qayaların çöküntü qatı kəsilişində iştirak edən kip sementlənmiş gips-karbonatlı horizontun olmasıdır. Bu horizont təbii şəraitdə tirənin zireh örtüyünü təşkil etməklə dünləri aşınıb-dağılmadan qoruyur. Belə şərait dənizin inqressiya mərhələlərində deltanın su ilə örtülməsi zamanı qalıq qayaların formaları haqqında çox vaxt adət etdiyimiz təsəvvürlərə uyğun olmayan, ağlasığmaz müxtəlif formaların əmələ gəlməsinə səbəb olur. Relyefin transformasiyası üzrə variantın işlənilib hazırlanması üzrə nəzəri əsaslandırma və riyazi hesablamalar təbii analoqlarla təsdiq olunur. Təklif edilən variant, xüsusi hal kimi, dənizyanı qədim kürsülük dünlərinin əmələ gəlməsi haqqında əvvəllər irəli sürülmüş bəzi fərziyyələri özündə ehtiva edir.