Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2010
Məqaləni yüklə fullIssue_icon

Xəzər dənizinin antropogen evtroflaşması və oksigen rejimi

M.Ə.Salmanov

Azərbaycan MEA Mikrobiologiya İnstitutu, AZ1073, Bakı ş., Batamdart şossesi, 40



Xülasə

A-
A+
Son 50 ildə Xəzər dənizində aparılan tədqiqatlarda fitoplanktonun fotosintez prosesində əmələ gələn ilkin məhsulun miqdarı və bioloji yolla mineralizə olunan üzvi maddələrin kəmiyyəti fəsillər üzrə müfəssəl öyrənilmişdir. Başa çatdırılan genişəhatəli müşahidələrdən aydın olmuşdur ki, Xəzər dənizində ildən-ilə evtroflaşma prosesləri intensivləşir və onun müxtəlif sahələrinə yayılır. Belə ki, keçən əsrin 60-cı illərində, lokal şəkildə, Şimali Xəzərin Volгa çayı vadisində qeyd edilən “evtrolaşma ocaqları” 18-20 ildən sonra dənizin bütün qərb, 90-cı illərdən bəri isə həm şərq sahilləri və həm də dənizin açıq-mərkəz hissələrində də qeyd olunur. Xəzər dənizi hövzəsində və onun sahil ərazilərində son 70 ildə baş verən antropogen тəsirlər çaylar vasitəsilə Xəzərə əlavə olunan on milyon tonlarla kənar maddələr, səviyyə rejiminin tərəddüd etməsi və başqa amillər dənizin ekoloji sabitliyini dəyişmişdir. Su qatlarında alloxton üzvi maddələr və biogen elementlərin çoxluq təşkil etməsi, ilk növbədə, yosunların kütləvi vegetasiyasına təkan verir, eyni zamanda da mühitdə oksigen məsrəfini sürətləndirir. Təkcə onu demək kifayətdir ki, Şimali Xəzərdə yay fəslində 1971-ci ilə nisbətən fitoplanktonun məhsulu 1983-cü ildə 7 mln. ton çoxalmışdır. Tam şəkildə aydın olmuşdur ki, antropogen evtroflaşma dəniz sularında oksigen qazının azalması ilə düz mütənasiblik təşkil edir. Oksigen qazının kəskin dərəcədə azalması suların dərin qatlarında özünü daha aydın göstərir