№ 3,
2010
Məqaləni yüklə
Azərbaycanın ekoetik problemləri və onların həlli yolları
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı ş., Ş.Mehdiyev k., 93a
Xülasə
A-
A+
Bu gün bəşəriyyətin qarşısında duran əsas problemlərdən biri dünyanın ekoloji durumudur. Ekoloji problemlərin ekoetik cəhətlərinin öyrənilməsi və onların həlli yollarının tapılması elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Respublikamızın 50-69% ərazisində çirklənmənin təsiri müşahidə olunur. Ölkəmizdə insanın müdaxiləsinə daha çox meşələr məruz qalmışdır, nəticədə meşə örtüyü üç dəfədən də çox azalmışdır. Aparılan tədqiqatlara əsasən, məlum olmuşdur ki, respublikamızın ərazisinin 36.4%-i müxtəlif dərəcədə eroziyaya uğramışdır. Təbiətin mühafizəsi tədbirlərini həyata keçirmək və ekoloji qanunları gözləməklə təbii ehtiyatlardan ağılla və səmərəli şəkildə istifadə bütün bəşəriyyətin və həmçinin respublikamız qarşısında duran ən mühüm məsələlərdən biridir. Ekoloji problemlərə ekoetik yanaşma “cəmiyyət-təbiət” münasibətlərində etik əsasların pozulması nəticəsində yaranmışdır. Bizim irəli sürdüyümüz “Azərbaycanın ekoetik problemləri” konsepsiyasında həm bu problemlər, həm də onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır.