№ 3,
2010
Məqaləni yüklə
Cənubi-şərqi Qafqazın sumqayıt lay dəstəsinin və qovundağ qatının mərtəbə bölgüsü
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Sumqayıt lay dəstəsi paleosenin zeland və tanet mərtəbələrinə, qovundağ qatı isə eosenin ipr, lütes, paradaş və priabon mərtəbələrinə bölünür. Barton mərtəbəsinin işlənməsi məsləhət görülmür, çünki o çox qeyri-müəyyəndir : bu mərtəbə orta eosenin paradaş mərtəbəsini, üst eoseni və alt oliqoseni əhatə edir, nummulit, plankton foraminifer, nannoplankton qalıqlarına malik deyildir. Barton faunasına görə, Paris hövzəsindən kənarda barton mərtəbəsini, yaxud əksinə, başqa regionların zəngin faunalı paradaş çöküntülərini Paris hövzəsində ayırmaq mümkün deyil. Globigerapsis semiinvoluta zonası paradaş mərtəbəsini və eyni zamanda , millecaput zonasını tamamlayır, fabianii zonasına daxil olmur, onun altında yatır. Sumqayıt lay dəstəsinin və qovundağ qatının çöküntüləri Araz zonasının və Gürcüstanın eyni yaşlı çöküntüləri ilə müqayisə olunur.