Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2010
Məqaləni yüklə fullIssue_icon

Kürəkçay (Kiçik Qafqaz ) hövzəsində qızıl, platin səpintisi və onların ehtimal olunan köklü mənbələri

A.C.İsmayılzadə , F.F. Abdullayev

1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

2 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı, B.Ağayev küç. 100(A), E-mail: faxraddin53@mail.ru



Xülasə

A-
A+
Kürəkçay hövzəsinin allüvial çöküntülərində səpinti qızılın yayılması məlum olsa da, bu çöküntülərdə ölçüləri 2 mm-ə qədər olan platin dənələri ilk dəfə aşkarlanmışdır və onların mineraloji-geokimyəvi səciyyəsi, tipomorf xüsusiyyətləri öyrənilmişdir. Bunun əsasında qızıl üçün bir neçə köklü mənbənin, platin üçün isə Kürəkçayın mənbə hissəsində, sol qolu olan Bənövşəçayın yuxarı axım ərazisində yayılmış Yura dövrünün platin saxlayan qızıl –sulfid filizli qabbro-diabaz tərkibli dayka kompleksinin ola biləcəyi qeyd edilmişdir. Nəticə etibarilə Bənövşəçay hövzəsindəki qabbro-diabaz daykalarının örtülmüş alloxton ofiolit çöküntülərdə hibrid nəticəsində əmələ gəldiyi və onlarda aşkarlanmış platinli qızıl-sulfid filizləşməsinin elmi , təcrübi əhəmiyyət kəsb edəcəyini dəqiqləşdirmək üçün onun daha iri miqyasda öyrənməsi tövsiyə olunmuşdur.