№ 3,
2010
Məqaləni yüklə
Seysmik dalğaların yayılma sürətlərinin qeyri-klassik deformasiya nəzəriyyəsi əsasında tədqiqinə dair
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Seysmik sürətlərin təzyiqdən asılı olaraq dəyişməsinin qeyri-klassik deformasiya nəzəriyyəsi çərçivəsində üç tərkib hissəyə ayrılması düsturları çıxarılmışdır. Onlardan birinci hissə sabitdir, sürətin atmosfer təzyiqindəki qiymətinə bərabərdir , İkinci və üçüncü hissələr isə təzyiq dəyişərkən müvafiq olaraq xətti və qeyri-xətti dəyişirlər. Qeyri-xətti və sabit hissə qiymətləri nisbətinin tətbiqi müxtəlif süxurlar üzrə sürətlərin təzyiqdən asılılığını eyni səviyyəyə gətirməyə imkan verir. Süxurlarda uzununa və eninə dalğaların yayılma sürətlərinin laboratoriya şəraitində ölçülmüş qiymətlərinin ayrılması üzrə bəzi nümunələr göstərilir. Plaqioqranit süxuru üzrə 1.5% QPa təzyiqdə uzununa dalğalara görə xətti və qeyri –xətti hissələr sürətlərin tam qiymətinin müvafiq olaraq 2.3% və 34.5%-ni təşkil edir. Bu eninə dalğalar üzrə müvafiq olaraq 1.3% və 18.2% təşkil edir. Sürətlərin tərkib hissələrə ayrılmasının tətbiqi sürətlərin təzyiqə görə dəyişməsini daha əyani şəkildə göstərməyə , tərkib hissələrin nisbəti isə təzyiq dəyişərkən müxtəlif süxurların məsaməliliyinin və çatlılığının dəyişməsini kəmiyyətcə müqayisə etməyə imkan verir.