№ 3,
2010
Məqaləni yüklə
“Adalar qövsü” və “riftogen” sistemləri rejimində Talış qələvi –bazaltoid kompleksinin formalaşması
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119, E-mail: arifismail@excite.com
Xülasə
A-
A+
Elburs qırışıqlıq sisteminin şimal-şimali-qərbdə gömülərək Kiçik Qafqazla qovuşan şimali-şərq bortu üzrə struktur zona təşkil edən Talış qırışıqlıq sisteminin eosen maqmatizmi Mərkəzi İran və Elbursun eosen yaşlı maqmatik kompleksləri içərisində “adalar qövsü” vulkanizminin diferensasiyaya uğramış kalsium-qələvi və subqələvi seriyalarından bazaltoid maqmatizminin subqələvi və qələvi tərkibli olması ilə fərqlənir. Məqalədə petro-geokimyəvi parametrlər kompleksinin öyrənilməsinə əsasən , “riftogen” və “adalar” rejimli sistemlərin geokimyəvi əlamətlərini özündə birləşdirən ilkin maqmaların mənşəyi probleminə baxılmışdır. Bu prosesin regionun geodinamikası ilə əlaqəsi müəyyən edilmişdir.