№ 2,
2010
Məqaləni yüklə
Talış dağlıq sistemində relyefin mühit əmələgətirici funksiyası haqqında (tədqiqatın ekogeomorfoloji aspekti)
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Relyef atmosfer, hidrosfer və litosferin birgə fəaliyyətinin məhsulu və həmin təbəqələrdə baş verən proseslərin indikatoru və informasiya daşıyıcısı olmaqla, landşaftın təməl ünsürü kimi, onun bütün başqa komponentlərinə ciddi təsir göstərərək məkanda ekoloji şəraitin formalaşmasında mühüm rol oynayır. Bununla yanaşı, relyefin insanların həyat və təsərrüfat fəaliyyətinin istiqaməti və xarakterini (məskunlaşma, həyat tərzi, rekreasiya, ekoturizm, kənd təsərrüfatı, dağ-mədən işləri, hidrotexniki qurğular, kommunikasiya sistemləri və s.) müəyyənləşdirən, təbii ehtiyatların və eləcə də endogen və ekzogen proses və hadisələrin lokal , regional və qlobal səviyyələrdə təzahürü, paylanması və inkişafı qanunauyğunluqlarını müəyyənləşdirən əsas amil səciyyəsi daşıması onun təbii ehtiyatlar sistemində ən vacib ünsürlərdən birini təmsil etdiyini göstərir. Relyefin bu və başqa xassə və xüsusiyyətləri onun ekosistemdə mühit əmələgətirici funksiyaya malik olduğuna dəlalət edir.