№ 2,
2010
Məqaləni yüklə
CİS ilə mühitə olan təsirə reaksiyasının dinamik parametrlərini (domen) əlaqələndirən kompyuter proqramı
Dokuz Eylül Universiteti, İnjinirinq fakültəsi, Mülki İnşaat İdarəsi, Tınaztepe Kampus, Buca-İzmir, Türkiye, E-mail: mehmet.kuruoglu@deu.edu.tr
Xülasə
A-
A+
Məqalədə torpaq qatının dinamik göstəriciləri analizinin coğrafi informasiya sistemlərinə (CİS) əsaslanmış metodologiyası verilmişdir. Genişhəcmli məlumatlarla işləmək və dinamiki göstəriciləri təhlil etmək üçün daxiletmə məlumat faylını hazırlamaq məqsədilə Vizual Beysik (Visual Basic) proqramlaşdırma dili əsasında DİCO 7.0 kompyuter proqramı işlənilib hazırlanmışdır. İzmir körfəzinin (Türkiyə) şimal sahilboyu sahəsinin müxtəlif yerlərində intişar tapmış qruntları səciyyələndirən geotexniki göstəricilər toplanmış və qruntların dinamiki məlumatlar bazasına yüklənmişdir. Habelə qruntların dinamiki göstəriciləri hesablanmış və tədqiqat sahəsinə aid məlumatların tam təhlilindən sonra DISO 7.0 proqramından istifadə etməklə qatılaşma analizi aparılmışdır. Məqalədə həmçinin bu proqram vasitəsilə məlumatların işlənilmə prinsipi metodologiyası verilmiş və İzmir körfəzinin şimal sahilboyu qruntlarına tədbiqinin mümkünlüyü əsaslandırılmışdır.