Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2010
Məqaləni yüklə fullIssue_icon

Layın bəzi elektrofiziki parametlərinə məsaməli mühit tərkibi təsirinin eksperimental tədqiqi

M.T. Abasov, R.Ə. Musayev, Ə.İ. Əsədov, R.H. Allahverdiyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə laboratoriya tədqiqatları ilə süxurun mineral tərkibinin elektrik jərəyanı keçirməsi, məsaməlik və maye ilə doyma kəmiyyətlərinə təsiri tədqiq edilmişdir. Süxur nümunəsi olaraq təmiz kvars, onun tərkibində 10 və 30% montmorillonit gili olan nümunələrdən istifadə olunmuşdur. Eyni zamanda, 27,5% gil, 12,7% karbonatlı birləşmələri olan qırmaki lay dəstəsi, eləjə də müvafiq olaraq 15,0% gilli və 35,5% karbonatlı abşeron yarusu qumundan da istifadə edilmişdir. Distillə edilmiş suyun müxtəlif elektrik jərəyanı keçirmə qabiliyyətini təmin etmək üçün elektrolit nümunəsi olaraq natrium xlor duzunun 5 -15%-li məhlullarından istifadə olunmuşdur. Bu məhlulların xüsusi elektrik-keçirijilikləri distillə olunmuş suya (0,6 x 10-2 Om-1 x sm-1) nisbətən 9,2 – 19,8 x 10-2 Om-1 sm-1 arasında dəyişir. Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, süxur tərkibində gilli hissəjiklərin miqdarının artması və süxura hopmuş su nümunəsinin elektrikkeçirmə qabiliyyətinin aşağı düşməsi ilə məsaməli mühitin elektrik keçirijiliyi azalır. Məsaməli mühitin mikro-qeyri-birjinsliliyi şəraitində məsaməlik kəmiyyətinə onun mineral tərkibi və ona hopmuş mayenin elektrikkeçirmə qabiliyyəti əhəmiyyətli təsir edir. Belə ki, məsaməli mühitin gilliliyi və ona hopmuş mayenin xüsusi müqavimətinin artması ilə məsaməlik kəmiyyətinin qiyməti artır. Müəyyən edilmişdir ki, məsaməli mühitin su ilə eyni doyma qiymətində kvars qumu üçün doyma kəmiyyəti qırmaki lay dəstəsi qumuna nisbətən çox alınır. Yəni bu kəmiyyət hidrofob mühitə nisbətən hidrofil mühitdə daha böyükdür.