Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2010
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzərin çökmə qatinda anomal yüksək təzyiqlər: seysmik məlumatlara əsasən diaqnostika təcrübəsi

Y.A. Şıxəliyev, Ə.Ə. Feyzullayev

1 – SOCAR-ın Geofizika və Geologiya İdarəsi, AZ1033, Bakı, Heydər Əliyev prospekti, 83A

2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Cənubi Xəzər hövzəsinin (CXH) cökmə kə­silişində seysmik məlumatlar əsasında quyunun qazılma­sın­dan qabaq anomal təzyiqlərin (AT) təyin edilməsinin ilk təcrübi nəticələri verilmişdir. İstifadə edilən üsul “REZAYR” proqram paketinə əsaslanır. Təhlil edilmiş CXH seysmik-zaman kəsilişin fraqmentində AT-nin müx­tə­lif qalınlığa və intensivliyə malik olan üç əsas zonası müəyyən edilmişdir. Yuxarıdan birinci AT zonası 1 km-dən az dərinliyi əhatə edir. Bu nisbətən nazik zonanın mənşəyi biokimyavi qazların əmələ gəlməsi ehtimalı ilə bağlı ola bilər. İkinci AT zonası 1,5-3 km dərinliyi əhatə edir və çox güman ki, yüksək çöküntütoplanma sürətinə görə süxurların qeyri-taraz sıxlaşması ilə izah oluna bilər. Üçüncü, daha intensiv və qalın AT zonası 6-9 km dərin­lik intervalında müəyyən edilmişdir və çox güman ki, karbo­hidrogenlərin katagenetik əmələgəlmə prosesslərindən ası­lı­dır. Bu zona quyuların qazılması zamanı daha bö­yuk riskə malikdir.