Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2010
Məqaləni yüklə fullIssue_icon

Dəlidağ plutonunun endo- və ekzotəmaslarında filiz elementlərinin məkan və zaman daxilində paylanmasının qanunauyğunluqları haqqında (Kiçik Qafqaz)

Z.M.Məmmədov

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı
B.Ağayev küç. 100(A)

Xülasə

A-
A+
Dəlidağ plutonu, xüsusən də onun kənar fasiyaları və həm­çinin metamorfizləşmiş paleogen və skarnlaşmış kam­pan çöküntülərindən təşkil olunmuş şima-qərb və cənub-şərq ekzotəmasları mis, molibden, qızıl, gümüş və s. elementlərin sənaye miqyaslı toplularının aşkar edilməsi üçün potensial imkanlara malikdir. Burada xüsusən çoxlu miqdarda şimal-şərq istiqamətli filizötürən çatların söykəndiyi Tərtər dərin­lik qırılması boyu yerləşən sahələr böyük əhəmiyyət kəsb edir. Müəyyən edilmişdir ki, Dəlidağ filizləşmə rayonu sa­hə­sində filiz minerallarının məkan və zaman daxilində pay­lanmasında müəyyən qanunauyğunluqlar vardır və bundan gələcəkdə geoloji-axtarış işlərinin istiqamətləndirilməsində axtarış meyarı kimi istifadə etmək olar. Belə ki, polimetal, mis və qismən gümüş minerallaşmaları məkan və zaman etibarilə Bağırsaq kəndi ətrafında və Qaranlıq çayı vadisində yayılan alt struktur mərtəbəsinin kampan yaşlı skarnlaşmış əhəngdaşları ilə, mis, molibden, qızıl, gümüş, volfram filiz­ləşməsi isə intruziv əmələgəlmələrdən və həmçinin meta­mor­fizləşmiş çökmə və vulkanogen-çökmə süxurlarından təş­kil olunmuş üst struktur mərtəbəsi ilə əlaqədardır. Dəli­dağ plutonu üçün isə kvars, kvars-karbonat və hidrotermal dəyişmiş süxurlara uyğunlaşmış molibden, qismən mis, qızıl, gümüş, sink, qurğuşun minerallaşmaları səciyyəvidir.