Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2010
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın və Dağıstanın Xəzəryanı çökəkliyinin orta yura qırıltılı süxurlarının petrogenezi

Ç.M. Xəlifəzadə, İ.İ. Nurəliyev. İ.T. Əliyeva

Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı, Azadlıq prospekti, 20

Xülasə

A-
A+
Orta yura çöküntülərinin qırıntılı süxurlarında iki petroqrafik tip üstünlük təşkil edir. Bunlar feldşpatlı qrauvakkalar və qrauvakkalı arkozlardır. Bu amil öz növbəsində Xəzəryanı çökəkliyi qırıntılı süxurlarının əsas etibarılə bir mən­bədən əmələ gəldiyini bildirir. Anjaq həmin petroqrafik tiplərin ərazi üzrə yayılmasında aydın bir qanunauyğunluq müşahidə edilir. Belə ki, qrauvakkalı-arkozlar anjaq Xızı çökəkliyinin Beyimdağ–Təkçay struktur-fasial zonasında, feldşpatlı qrauvakkalar isə an­jaq Samuryanı struktur-fasial zonada yayılmışdır (Yalama–Jənubi Dağıstan). Samuryanı struktur-fasial zonasının və Jənubi Dağıstan orta yura feld­şpatlı qrauvakka tip qumdaşlarının əmələ gəlməsində anjaq bir denudasiya mənbəyi – Orta Xəzər kümbəzi adlı qədim struktur iştirak etmişdir. Orta Xəzər kümbəzinin petroqrafik quruluşunda üst paleozoy yaşlı metamorfizləşmiş çökmə süxurlar və varisey qranitoidləri iştirak edir. Sonunjular dərin quyu məlumatları əsasında, demək olar ki, Şərqi Ön Qafqazın və Jənubi Manqışlağın hersen fundamentində geniş yayılmışdır. Xəzəryanı çökəkliyinin jənubunda Xızı strukturunun Bəyimdağ–Təkçay struktur-fasial zonasında az qalınlığa malik bayosun arkozlu-qrauvakkalı qumdaşları, hesab edirik ki, Dibrar-Yalama paleozoy çıxıntısının denudasiyasından əmələ gəlmişdir. Burada bayosun quruluşunda iştirak edən qırıntı süxurların və arqillitlərin mineraloci tərkibi əsasında Dibrar-Yalama paleozoy çıxıntısının petroqrafik quruluşunda gil və mus­kovit-xlorit şistlərinin geniş yayılmasını ehtimal etmək olar. Qırıntılı süxurların tərkibində iştirak edən aksessor minerallardan davamlı minerallar üstünlük təşkil edir. Onların içərisində sirkonun və turmalinin prizmatik kris­talları dominant rol oynayır. Laylı struktura malik minerallardan muskovit və xlorit, filiz minerallardan isə maqnetit, ilmenit və leykoqsen geniş yayılmışdır.