Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2009
Məqaləni yüklə fullIssue_icon

Elektrik cərəyani sahələrinin və adsorbentin mineraloji tərkibinin səthi-fəal maddələrin adsorbsiya və desorbsiyasına təsirinin tədqiqi

R.Ə.Musayev, Ə.İ.Əsədov, R.H.Allahverdiyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə məsaməli mühitin mineroloji tərkibinin və elektrik cərəyanı sahələrinin müxtəlif tip suda həll olan səthi-fəal maddələrin (SFM) dinamiki adsorbsiya və desorbsiyasına təsiri tədqiq edilmişdir. Səthi-fəal maddə kimi ionlaşmayan alfenol, kationları fəal dmabax və anionları fəal olan sulfoturşudan istifadə olunmuşdur. Adsorbent nümunəsi kimi tərkibində gilli və karbonatlı birləşmələr olan Abşeron yarımadasının məhsuldar qatının qırmaki lay dəstəsi süxuru və təmiz kvars qumu götürülmüşdür. Müəyyən edilmişdir ki, kvars qumu adsorbentindən istifadə edildikdə elektrik cərəyanı sahələri səthi-fəal maddələrin adsorbsiya və desorbsiyalarına əhəmiyyətli dərəcədə təsir edir.