№ 4,
2009
Məqaləni yüklə
Neft hasilati prosesini intensivləşdirmək üçün elektrokimyəvi aktivləşdirilmiş təbii sulardan istifadənin bəzi məsələləri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə müxtəlif minerallaşma dərəcəsinə malik təbii suların fiziki-kimyəvi xassələrinə elektrokimyəvi emalı təsirinin eksperimental tədqiqat nəticələri verilmişdir. Elektrokimyəvi emal olunmanın təsiri altında katolit və anolit üçün hidrogen göstəricisinin; şirin, cod və qələvi-mədən, dəniz sularının minerallaşma dərəcəsindən və eyni zamanda elektrodlardakı gərginliyin qiymətindən asılı olması aşkar edilmişdir. Göstərilmişdir ki, tədqiq olunan suların hidrogen göstəricisi relaksasiya vaxtından asılıdır. Tədqiqatlar nəticəsində suların elektrokimyəvi fəallaşdırılmasının neft sənayesində tətbiq olunmasının mümkünlüyü müəyyən edilmişdir.