№ 4,
2009
Məqaləni yüklə
Quyu qazılması zamanı qəzalar riskinin ehtimal-statistik və nəticələrin qeyri-səlis təhlilinə əsasən qiymətləndirilməsi və təsnifati
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı, Azadlıq prospekti, 20
Xülasə
A-
A+
Məqalə qazıma zamanı qəzalılığın təhlili və bunun əsasında riskin qiymətləndirilməsinə həsr olunub. Statistik təhlil və qeyri-səlis klaster analiz üsulundan istifadə etməklə qəzanın aradan qaldırılmasına sərf olunan vaxt və vəsaitə əsasən beş sinfə bölməklə təsnifat aparılmışdır. Bunlardan hər biri qəzanın ağırlıq dərəcəsini xarakterizə edir. Qəza nəticəsinin ümumiləşdirilmiş göstəricisi təklif olunmuş və qəza tezliyinin ondan asılılığı qurulmuşdur. Qəza tezliyinin qeyd olunmuş hiperbolik asılılığın qüvvətinə yüksəlmiş nəticəyə olan hasilinə bərəbər olan risk göstəricisi təklif olunmuşdur. Qəza hallarının baş vermə ehtimalı, nəticələri və riskinin təsnifatı verilmişdir.