№ 4,
2009
Məqaləni yüklə
Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsi ərazisində ekoloji-geokimyəvi vəziyyət
1 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı, B.Ağayev küç. 100(A)
2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Tədqiqat aparılan ərazidə filizdən törəyən çirkləndiriji inqrediyentlərə əsasən ətraf mühitin çirklənməsini əks etdirən üç qrup kompleks anomaliyalar ayrılır: intensiv, lokal və genişmiqyaslı nisbətən zəif anomaliyalar. İntensiv çirklənmə anomaliyaları filiz yataqları sahələri (Cixix-Kasmala, Kasdağ-Filizçay və Katex anomaliyaları) və onların ətraflarında əmələ gəlmişdir. Ətraf mühitin çirklənməsinin yol verilən qatılıq həddindən aşağı olması və nisbətən intensiv çirklənmələrin yataq sahələrində əmələ gəlməsinə əsasən, regionun mövjud ekoloci şəraiti bütovlükdə qənaətbəxş hesab olunur. Ekoloji şəraitin yaxşılaşdırılması üçün kompleks tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir.