Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2009
Məqaləni yüklə fullIssue_icon

Elburs-Abşeron astanası regional profili üzrə Cənubi Xəzər çökəkliyi dərinlik quruluşunun qravitasiya modeli

F.Ə.Qədirov, A.H.Qədirov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalə yeni geofiziki tədqiqat məlumatlarına əsasən Cənubi Xərəzər çökəkliyindən (CXÇ) keçən Elburs-Abşeron astanası regional profilinin 2D qravitasiya modeli ilə yer qabığı və üst mantiyanın zəlzələ ocaq mexanizmi məlumatlarının birgə təhlilinə həsr olunmuşdur. Yer qabığı və üst mantiyanın dərinlik quruluşunun qravitasiya modeli, Moxo və okean tipli yer qabığının üst təbəqələrin sıxlıq sərhədlərinin seçim üsuluna əsasən tərtib edilmişdir. Ağırlıq qüvvəsinin inteqral tədqiqatları və profil boyu seysmiklik, CXÇ-nin şimal hissəsində subduksiya zonası haqqında yeni məlumat vermişdir. Profilin orta hissəsində qalınlığı ~8 km olan mezozoy qatı şimala doğru tədricən artaraq, Abşeron-Balxanönü zonasında maksimal qiymətə (~20 км) çatır. Güman edilir ki, mezozoy qatı qalınlığının artması profilin şimal hissəsində okean və qitə tipli yer qabıqlarının kolliziya prosesinin nəticəsidir. Burada okean tipli yer qabığında əyilmə müşahidə edilir. Abşeron-Balxanönü zonanada bazalt qatının əyilməsi üstə yatan çöküntü qatının qopması ilə müşayiət olunur. Bu hadisə, çox gümanki, Cənubi Xəzər litosfer plitəsinin Orta Xəzər plitəsi altınıa başlayan subduksiyası ilə əlaqədardır.