Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2009
Məqaləni yüklə fullIssue_icon

Bozdağ-Qobu palçıq vulkanı landşaft strukturunun dəyişmə dinamikasının müqayisəli təhlili

E.C.Kərimova

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Yeni minilliyin əvvəllərində palçıq vulkanlarının fəallaşması müşahidə olunur. Məlum olduğu kimi, vulkanın yenidən püskürməsi onun səthində tarixən formalaşmış landşaft komplekslərinin məhv olmasına və yeni komplekslərin yaranmasına səbəb olur. Məqalədə ilk dəfə olaraq Bozdağ-Qobu vulkanının müxtəlif illərdə (1972-2007-ci illər) landşaft strukturunun dəyişilmə dinamikasının müqayisəli təhlili verilir. Qeyd olunan müddətdə vulkanın bir neçə dəfə püskürməsi nəticəsində landşaftın struktur funksional xüsusiyyətləri əsaslı şəkildə dəyişmişdir. Qeyd olunan hallar Bozdağ-Qobu vulkanının krater hissəsində xüsusilə aydın əks olunur. Sonuncu vulkan püskürməsi zamanı təzə brekçiya axını əvvəllər mövcud olmuş landşaft qatını təmamilə məhv etmişdir. Bundan əlavə, ətraf yarımsəhra landşaftından fərqlənməyən qədim brekçiya landşaftları da yenidən qurulmuşdur. Vulkanın landşaft strukturunun dəyişməsində təbii amillərlə yanaşı, antropogen amillərin də böyük rolu vardır.