№ 3,
2009
Məqaləni yüklə
Geoloji proseslər və dəniz hidrotexniki qurğularının təhlükəsizliyi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Dənizdə hidrotexniki qurğuların yerləşdirilməsi ilk növbədə əlverişli şəraitin yaradilmasını tələb edir. Müxtəlif tipli hidrotexniki qurğuların layihələndirilməsi, qurulması və həmçinin təhlükəsiz istismarı dəniz dibinin struktur planı, burada baş verən geoloji proseslər və kəsilişin üst hissəsini təşkil edən süxurların fiziki-mexaniki xüsusiyyətləri haqqında dəqiq məlumatlar tələb edir. Məqalədə Xəzər dənizinin Azəri-Çıraq-Günəşli və İnam sahələrində yerinə yetirilmiş fasiləsiz seysmoakustik profilləmə, qazıma, dəniz dibi su və süxur nümunələrinin geokimyəvi analizinin nəticələrindən istifadə edərək sürüşmə, palçıq vulkanizmi və kəsilişin üst hissəsində karbohidrogen qazlarının toplanması kimi faktorların süxurların fiziki-mexaniki xüsusiyyətlərinə təsiri öyrənilmiş və bu təsiri əks etdirən qrafiklər tərtib edilmişdir.