Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2009
Məqaləni yüklə fullIssue_icon

Kür depressiyasının timsalında geofiziki məlumatların petroloji interpretasiyasına dair

H.V.Mustafayev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Qabro və bazaltların eklogitləşməsi nəticəsində Kür depressiyasında dərin çökəkliklərin əmələgəlmə səbəbləri aydınlaşdırılır. Yeni əmələgəlmələrin sıxlığı ətraf süxurların sıxlığından xeyli dərəcədə yüksək olduğundan onlar mantiyaya bataraq çökəkliklər əmələ gətirirlər. Bu prosesə həmçinin Kür depressiyasına doğru hərəkət edən Ərəbistan plitəsinin təzyiqi də təsir edir. Nəticədə çökəkliklərarası boşluqlarda qalxma hərəkətləri üstünlük təşkil etdiyindən hortslar, günbəzlər və b. struktur formalar əmələ gəlir ki, bunlara da sonradan maqmanın yüngül uçucu fraksiyaları nüfuz edir. Maqma maddəsinin qravitasion bölünməsi nəticəsində həm dərinlikdə və həm də yer səthində qabığın təbəqələşmə prosesi müşahidə olunur. Lakin petroloji interpretasiyaya subyektiv səbəblər də təsir göstərir. Məqalədə geofiziki tədqiqatların metodik üsullarının və petroloji interpretasiya dərəcəsinin vahid şəkilə gətirilməsinin vacibliyi məsələsi irəli sürülür.