Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2009
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın dağ çaylarında illik ion axımı tərəddüdlərinin tədqiqi və qiymətləndirilməsi

M.A.Abduyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalədə illik ion axımının tərəddüdü 1970-2006-cı illərin məlumatına əsasən qurulmuş fərq inteqral əyrilərinə görə tədqiq olunmuşdur. Nəticədə müəyyən olunmuşdur ki, illik ion axımının tərəddüdündə sikillik mövcuddur. Tərəddüdün əsas göstəricisi variasiya əmsalı qəbul edilərək, su və ion axımının faktiki sıralarına əsasən hesablanmış variasiya əmsalı arasındakı Cvi=f(Cvq) əlaqəsi yoxlanılmışdır. Əlaqələrdən alınmış riyazi ifadələrlə variasiya əmsalının hesablanmış qiymətləri faktiki qiymətlərlə müqayisə edilmişdir. Yalnız 17 halda xəta faktiki qiymətlərdən 15% fərqləndiyi üçün alınmış riyazi ifadələr öyrənilməmiş çayların ion axımının variasiya əmsalının qiymətləndirilməsi üçün təklif olunmuşdur.