№ 2,
2009
Məqaləni yüklə
Yeni seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisinin seysmik təhlükəsinin qiymətlədirilməsi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Yeni seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisi və Xəzər dənizi akvatoriyası üçün zəlzələlərin maksimal intensivliklər xəritəsi qurulub analiz edilmişdir. Böyük Qafqazın şərq toqquşma zonası üçün, Böyük Qafqaz Üstəgəlməsi (QKN) ilə Qızılağac-Vəndam (KV) qırılmasının kəsişməsində zəlzələlərin yüksək intensivliyi müşahidə olunur. Bu rayon Şamaxı-İsmayıllı seysmoaktiv zonası kimi seçilir. Burada tarixi zamanlarda dəfələrlə dağıdıcı zəlzələlər baş vermişdir. GPS məlumatlarına əsasən, Qızılağac-Vəndam (KV) qırılmasında sağtərəfli hərəkət baş verməkdədir. Böyük Qafqaz Üstəgəlməsi (QKN) boyunca digər yüksək intensivlikli zəlzələlər əraziləri Şəki rayonunda və Xəzər dənizinin Abşeron yarımadasından cənubda müşahidə olunur.
Yüksək intensivlikli zonalar həmçinin Abşeronun şimalında, Kiçik Qafqazda, Biləsuvar və Gəncə civarlarında mövcuddur. Belə seysmik aktivlik Azərbaycanın regional qırılmalar sisteminin horizontal sıxılması ilə əlaqədardır.
GPS məlumatlarına əsasən, Böyük Qafqaz Üstəgəlməsi ilə Qızılağac-Vandam qırılmasının kəsişməsində horizontal hərəkətlərin sürətində kəskin azalma (və ya yer qabığının maksimal qısalması) müşahidə olunur. Bu toqquşma ərazisində yer qabığının maksimal qısalması yüksək tektonik gərginliklərin toplanmasına səbəb olur, bu da, öz növbəsində, yüksək intensivlikli zəlzələlərin baş verməsinə gətirib çıxarır.