№ 2,
2009
Məqaləni yüklə
Dünya gərginlik xəritəsi üsulu vasitəsilə qurulmuş Böyük və Kiçik Qafqazda baş verən zəlzələlərin ocaq mexanizmlərinin təhlili
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Böyük və Kiçik Qafqazın müasir gərginlik vəziyyətinin tədqiqi məqsədilə mövcud olan ocaq mexanizmləri analiz edilmişdir. Tədqiqat ərazisinin “Dünya Gərginlik Xəritəsində” göstərilmiş gərginlik oxlarının istiqamətinin təyin olunmasının müasir üsulu ilə qurulmuş gərginlik xəritəsinin yeniləşmiş forması təqdim olunur. 1953-2000-ci illər ərzində baş verən 226 zəlzələnin ocaq mexanizmləri qruplaşdırılmış və Dünya Gərginlik Xəritəsinin qurulmasının metodiki yanaşmasından istifadə etməklə, hər hadisənin tektonik rejimi təyin olunmuşdur. Vizualizasiya nəticəsində dəqiqləşdirilmişdir ki, tədqiqat əraziləri ümumiqafqaz regional geoloji strukturlarına perpendikulyar olaraq subhorizontal olaraq sıxılmış vəziyyətdədirlər.