№ 2,
2009
Məqaləni yüklə
Qaradağ mis-porfir yatağı hipergenez zonasının mineraloji-genetik xüsusiyyətləri (Kiçik Qafqazın Gədəbəy filiz rayonu, Azərbaycan)
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Kiçik Qafqazda mis-porfir yataqları iki dəfə – gec yura dövründə regionun şimal-şərq hissəsi Lok-Qarabağ struktur-formasion zonasında və kaynozoyda (orogen mərhələ) Misxana-Zəngəzur və Göycə-Əkərə struktur-formasion zonalarında əmələ gəlmişdir. Qaradağ mis-porfir yatağı gec yura yaşlı kvarslı diorit-porfirit tərkibli kiçik intruziyaların və iri daykaların hidrotermləri ilə genetik (və ya paragenetik) əlaqədə əmələ gələrək qədim yataqlara məxsus hipergenez zonasının olması ilə səciyyələnir. Məqalədə hipergenez zonasının məhsulları ilk dəfə nəzərdən keçirilir. Hipergenez zonası spesifik geoloji əmələgəlmə mövqeyi, mineraloji-genetik və geokimyəvi xüsusiyyətləri ilə fərqlənir. Regionda nisbətən qədim hesab olunan Qaradağ mis-porfir yatağı şaquli kəsimdə yuxarıdan aşağıya yerləşən oksidləşmə, qələviləşmə, törəmə sulfid zənginləşməsi və qatışıq filizləşmə kimi 4 yarımzonadan ibarətdir və özünəməxsus mineral assosiasiyaları ilə fərqlənir.