Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2009
Məqaləni yüklə fullIssue_icon

Araliq dənizi şərq hissəsi litosferinin yeni tektonik mərhələdə aktivliyi və geodinamik proseslərin ehtimal olunan inkişafi

F.S.Əhmədbəyli, Ф.Ə.Qədirov, М.İ.İsayeva, V.V.Korobanov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalə Şərqi Aralıq dənizi litosferinin yeni tektonik mərhələdə aktivliyinin və buradakı müasir geodinamik proseslərin sonrakı inkişafının öyrənilməsinə həsr edilmişdir.
Regiona aid geniş məlumat bazası analiz edilərək plitə tektonikasının xarakteri, gərginliyin toplanması və GPS ölçü nəticələri ilə müasir geodinamik aktivlik təhlil edilmişdir.
Horizontal hərəkətlərin istiqamətlərinin xarakterinə görə Türkiyə ərazisində və ona bitişik Egey və Aralıq dənizi hissəsində şimali-qərb istiqamətli horizontal hərəkətli Şərqi, en dairəsi istiqamətli Mərkəz və cənub-qərb istiqamətli Qərbi 3 zona ayrılmışdır.
GPS məlumatlarına əsasən, Mərkəzi zona Şərqi zonadan az sürətlə, Qərbi zona isə Mərkəzi zonadan nisbətən böyük surətlə aralanmaqdadır ki, bu da təsdiqini yüksək seysmik aktivlikldə göstərir.