Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2009
Məqaləni yüklə fullIssue_icon

Su və asili gətirmələrin ən böyük sərfləri arasındaki funksional əlaqələr (Böyül Qafqazın Azərbaycan hissəsindəki çayları timsalında)

C.H.Məmmədov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalədə çoxillik dövr ərzindəki su və asılı gətirmələrin ən büyük sərfləri arasındakı əlaqələr təhlil olunmuşdur. Tərtib olunmuş əlaqələrin, əsasən, zoxsaylı qollardan ibarət olması müəyyən edilmişdir. Onların azsaylı qollara malik olanları üçün əsasən yeraltı, nisbətən çoxsaylı qollara-qarışıq və daha çoxsaylı qollara-yağış suları ilə qidalanan çaylar qrupu aiddir Bu qruplar arasında yay aylarında leysan yağışların düşməsi ilə sel keçən çayların çoxsaylı qollara malik olan R max. =f (Q max.) əlaqələri üstünlük təşkil edir.
Müəyyən edilmişdir ki, Böyük Qafqazın cənub yamacından axan çaylar üçün R max. =f (Q max.) əlaqələrində asılı gətirmələrin orta sutkalıq ən böyük sərflərin keçməsi yay fəslinə, şimal-şərq yamacından axan çaylarda isə yaz və yay fəsillərinin əvvəlinə təsadüf edir.Tərtib olunmuş su və asılı gətirmələrin orta sutkalıq ən böyük sərflərin arasındakı bütün əlaqələrin funksional və sıx olması müəyyən edilmişdir. Onlardan az xəta ilə asılı gətirmələrin orta sutkalıq ən böyük sərflərin proqnozlarının verilməsində istifadə edilməsi təklif olunmuşdur.