№ 1,
2009
Məqaləni yüklə
Urmiya gölü hövzəsinin yeddi su-bataqlıq ərazisi üçün su ehtiyatlarının inteqrasiya olunmuş menecmenti
1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115, E-mail: ramiz.mamedov@geo.ab.az
2 – Ekologiya İdarəsi, İran İR, E-mail: mbkarimi@yahoo.com
Xülasə
A-
A+
Məqalədə Urmiya gölü hövzəsinin yeddi su-bataqlıq ərazisi üzrə ekoloji və sosial-iqtisadi informasiya təqdim olunur və eyni zamanda, aerokosmik təsvirlərlə tamamlanır. Məlumatların analizi göstərir ki, son illərdə (1999-2006) bu su-bataqlıq ərazilərinin hidroloji rejimi və drenaj sistemi kəskin surətdə dəyişmişdir və ekosistemdə evtrofikasiya müşahidə olunur. Burada həm də intensiv surətdə səhralaşma prosesi gedir, kənar növlərin müdaxiləsi baş verir. Məlumatlar əsasında ərazinin davamlı inkişafının şərtləri müəyyənləşdirilir.
Su-bataqlıq ərazilərinin mühafizəsi üçün hazırda İran İslam Respublikasında istifadə olunan yanaşmanın özünü doğrultmadığı göstərilir və idarəetmədə bütün tərəflərin iştirak edəcəyi yeni inteqrasiya olunmuş yanaşmanın üstünlüyü sübut edilir. Xüsusən dambaların və irriqasiya sistemlərinin layihələnməsi və tikilməsi zamanı ekosistemin qiymətləndirilməli və menecment planı tərtib edilərkən yerli əhalinin fikri nəzərə alınmalıdır.