№ 1,
2009
Məqaləni yüklə
Qafqazda vulkan-plutonik və ofiolit qurşaqlarının bipolyar qovuşması
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Böyük və Kiçik Qafqazın struktur zonalarının geoloji quruluşunda Paleo- və Mezotetis okeanlarının sutur zonalarına aidiyyətini əks etdirən mezozoy, kaynozoy vulkan-plutonik və müxtəlif yaşlı ofiolit qurşaqlarının yerləşməsində bipolyarlıq təyin olunub. Mezozoy və kaynozoy vulkan-plutonik qurşaqlarının təzahür etməsində ümumilik və fərqlənmə müşahidə olunur. Paleotetisin alloxton lövhəsinin şimal şaxəsi Böyük Qafqazın bütün strukturalarında geniş yayılmış, Kiçik Qafqazda isə cənub şaxəsinin varlığı güman edilir. Sonuncunun Zaqafqaziya mikroplitəsinin mezozoy vulkanogen qatının altında yerləşməsi geoloji, petroloji, geofiziki və geodinamiki məlumatlarla əsaslandırılır. Qafqazın kollizion mərhələsində obduksiya proseslərinin əhəmiyyətli rolu aşkar edilmişdir. Okean qabığının kontinental kənarına obduksiyası prosesində formalaşan adalar qövsü komplekslərə xas olan xüsusiyyətləri müəyyənləşdirilmişdir.