№ 4,
2008
Məqaləni yüklə
Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklər
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Kənd təsərrüfatı ölkənin təsərrüfat strukturunda, əhalinin işlə təmin edilməsində mühüm yer tutur. Aqrar islahatlar aparıldıqdan sonra əhalinin daxili tələbatını ödəyən dənli bitkilərin, bostan-tərəvəz, kartof məhsullarının əkin sahələri və məhsul yığımı artmışdır. Əhalinin gündəlik tələbatını ödəyən məhsulların becərilməsi aqrar sənaye kompleksinin (АСК) inkişafına əhəmiyyətli təsir göstərmir və Azərbaycanın xarici bazardan asılılığını gücləndirir.
Belə vəziyyətdə ölkənin müxtəlif regionlarında mövcud olan və ASK-ya daxil olan müəssisələrin xammallarla təminatında da ciddi problemlər yaranmışdır. Ona görə bu istehsal obyektlərinin çoxu işləmir, əhalinin məşğulluğunun təmin edilməsi, həyat səviyyəsinin yüksəldilməsi və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı çətinləşir.