Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2008
Məqaləni yüklə fullIssue_icon

Mezozoy yaşlı mərcanlı rif qurumlarının geoloji və geofiziki göstəriciləri (ən dərin Saatlı SQ-1 quyusu timsalında)

R.Q.Babayev, A. Q.Əhmədov

1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

2 – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika Elmi-Tədqiqat İnstitutu, AZ1012, Bakı, Moskva prosp., 73

Xülasə

A-
A+
Geoloji mühitin müxtəlifliyini, orda gedən geoloji proseslərin sirrinin açılmasında, axtarış və kəşfiyyat işlərinin dəqiqliyinin artırılmasında, anomal sahə yaradan geoloji kütlələrin kollektor və fiziki xüsusiyyətlərinin öyrənilməsində sahənin geoloji-geofiziki modelinin tərtib edilməsi büyük əhəmiyyətə malikdir. Model yüksək dəqiqliklə geofizikangn düz və tərs məsələlərinin həllini təmin edir.

Orta Kür çökəkliyində 8324 m dərinliyədək sahəni kəsən ən dərin Saatlı SQ-1 quyusunda kəsilişin geoloji, geokimyəvi, petroqrafik, hidrogeoloji, nüvə-fiziki və s. sahələri kompleks şəkildə öyrənilmişdir. Lakin quyuətrafı seysmik sahənin geoloji-geofiziki modeli mükəmməl tədqiq olunmamış, süxurların elastik parametrləri, qeyri-bircins kütlələrin ölçüləri, forması və s. məsələlər indiyə qədər tam həll edilməmişdir. Odur ki, bu məqalədə sahənin geniş və dəqiq seysmik geoloji xüsusiyyətləri: geofiziki anomal sahə yaradan kütlələrin fiziki parametrləri, onun ölçüləri, forması və geoloji kəsiliş haqqında yeni informasiyanın alınması məqsədi qarşıya qoyulmuşdur.