№ 4,
2008
Məqaləni yüklə
Geomaqnit sahədə seysmogen zonalar gərginliyinin əks olması
1 – Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 9
2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Geomaqnit sahə gərginliyinin anomal dəyişikliyinin parametrlərinə əsasən seysmogen zonada gərginlik vəziyyətinin qiymətləndirilməsinin aspektləri və qısamüddətli zəlzələ xəbərvericilərinin müəyyənləşdirilməsi tədqiq edilir. Geomaqnit sahənin parametrlərinin seysmikliklə korrelyasiya analizi maqnitudu M=4,6 olan zəlzələdən əvvəl qısamüddətli seysmomaqnit effekti aşkarlamağa imkan vermişdir. Seysmomaqnit effektin əmələ gəlməsində litosferin rolunun olması sübuta yetirilmişdir. Geomaqnit sahə gərginliyi qradiyentinin artım xüsusiyyətinə görə Şəki-Şamaxı poliqonundakı seysmogen zonaların energetik səviyyəsi qiymətləndirilir. Poliqonun geomaqnit sahə gərginliyi qradiyentinin dalğavari paylanmasının “geosoliton” təbiətli olması ehtimal edilir.