Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2008
Məqaləni yüklə fullIssue_icon

Yerin tektonik inkişafı haqqında fərziyyə və nəzəriyyələrin təkamülü və müasir vəziyyəti

F.S. Əhmədbəyli, F.A. Qədirov, V.V.Korobanov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
XIX əsrdən başlayaraq bir sıra alimlər yerin tektonik inkişafı haqqında müxtəlif fərziyyə və ya nəzəriyyələr irəli sürmüşlər. Bəzi geoloqların fikrincə, bu proseslərdə Yerin sıxılması, digərlərinə görə isə gərilməsi əsas rol oynayır. Tektonik hərəkətlərin istiqaməti də fərqli qiymətləndirilir, yəni ya şaquli və ya da horizontal hərəkətlərə üstünlük verilir. Belə bir fikir də mövcuddur ki (V.A.Obruçev, M.A.Usov), Yer qabığında sıxılma, onun dərin qatlarında isə gərilmə qüvvələri üstündür.

Son 50 ildə irəli sürülmüş litosfer plitələri tektonikası nəzəriyyəsinə görə, plitələrin təkamülü horizontal hərəkətlə əlaqədardır. Bu nəzəriyyə əsasən okeanlarda aparılmış tədqiqatların nəticəsidir, kotinentlərə aid məlumatlar isə heç də kifayət qədər nəzərə alınmamışdır.

Yerin mantiya geosferi üst, orta və alt qatdan ibarətdir. Bu qatların hər birində bir-birindən müəyyən qədər fərqli daxili konvektiv axınlar baş verir. Bununla yanaşı mantiyada davam edən proseslər (təzyiq və temperaturadan asılı olaraq) arasında qırışıqlıqlı əlaqə mövcuddur və onların (proseslərin) üst mantiyada inteqrasiyası litosferin geodinamikasına öz təsirini göstərir.

Hesab edilir ki, litosferin geodinamikasında subduksiya prosesinin rolu kifayət qədər böyukdur. Bu haqda mövcud tədqiqatlarda bir mühüm cəhət kifayət qədər qiymətləndirilmir, yəni subduksiyaya uğrayan litosfer plitəsi ilə okeanlardakı dərinlik yarıqlarının uzunluğu arasında xeyli fərq var.