Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2008
Məqaləni yüklə fullIssue_icon

Qlobal istiləşmə və onun Azərbaycan ərazisində təzahürləri

S.H.Səfərov, E.S.Səfərov

1 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10, E-mail: safarov53@mail.ru

2 – Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

Xülasə

A-
A+
İşdə 25 hidrometeoroloji stansiyanın müşahidə materialları əsasında 1961-2005-ci illər dövründə Azərbaycan ərazisində temperatur rejiminin dəyişməsi xarakteri tədqiq edilmişdir. Göstərilmişdir ki, istiləşmənin sonuncu mərhələsi 70-ci illərin ortalarından başlamışdır. Lakin 90-cı illərin ortalarından başlayaraq istiləşmənin sürəti kəskin artmışdır. Müəyyən edilmişdir ki, 1991-2005-ci illər ərzində Azərbayjan üzrə havanın orta temperaturu 0,5 dərəcə artmışdır. Respublikanın ayrı-ayrı regionlarında temperatur artımı 0,3-0,8 dərəcə arasında dəyişmişdir. Daha çox artım ilin yanvar, avqust və oktyabr aylarında qeydə alınmışdır. İstiləşmə ilin bütün fəsillrində, xüsusilə də yay və qışda müşahidə olunmuşdur. Göstərilmişdir ki, son illərdə Azərbaycan ərazisində istiləşmənin sürətinin artması ilə yanaşı, temperaturun aylar və fəsillər üzrə paylanması rejiminin dəyişməsi prosesi baş verir.